Paşinyanın “strateji saziş” açıqlaması: Sülh müqaviləsi Ermənistanın maraqlarını... | Icma…
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. Ermənistan baş naziri Nikol Paşinyanın “strateji saziş” açıqlaması müzakirələrə səbəb
Ekspertlər hesab edir ki, bununla o, sülh müqaviləsindən sonrakı dövrdə “zəmanət qazanmaq” məqsədi daşıyır.
Erməni baş nazir bildirir ki, Azərbaycan və Ermənistan dinc, yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi və digər razılaşmalar yox, həm də strateji saziş bağlamalıdır.
Bu strateji saziş “real Ermənistan” konsepsiyasına əsaslanır.
Bu, sülh müqaviləsinin Ermənistanın maraqlarını – istəklərini tam ifadə etmədiyindən xəbər verir.
Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Nikol Paşinyanın verdiyi son bəyanatları nəzərə alsaq deyə bilərik ki, o, sülhdən danışsa da buna dair ciddi nə isə etmir: “Biz çox istəyirdik və gözləyirdik ki, Ermənistan nümayəndə heyəti COP29-da iştirak etsin.
Çünki bu, real sülh üçün atılacaq ciddi addım olacaqdı. Bundan başqa həm də iki tərəf arasında qarşılıqlı etimad mühiti yarana bilərdi.
Əslində Ermənistan çox ciddi tarixi bir fürsəti əldən verdi. Ermənistanın nə etmək istədiyini müəyyən etmək çox çətindir.
Tam oxu
Xəbəri oxu