​Paşinyanın sürətli referendum manevrləri “X saatını daha da yaxınlaşdırır...”

27.10.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendumun keçirilmə müddətinə dair səsləndirdiyi ziddiyyətli bəyanatlar ictimai-siyasi dairələrdə diqqət çəkməyib. Əvvəlcə prosesin 2031-ci ilə nəzərdə tutulduğunu bəyan edən baş nazir cəmi iki gün sonra yeni tarixlər - 2027 və 2028-ci illəri səsləndirib.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Paşinyanın siyasi gedişlərindəki bu cür kəskin dəyişikliklər onun qeyri-sabit siyasi üslubuna uyğun gəlsə də, bu dəfəki qısa müddətli dəyişiklik xüsusi diqqət çəkir. Belə ki, bu qəfil manevrin arxasında Qərbdən, xüsusilə Vaşinqtondan gələn sərt siqnalların dayandığı istisna edilmir. 

“Məhz xarici təzyiqlər və "TRİPP" layihəsi ətrafında yaranan reallıqlar İrəvanı ritorikasını sürətlə dəyişməyə məcbur edib”, - eks nazir qeyd edib.

“Bununla belə, bu o demək deyil ki, referendumun və ya regional layihələrin praktiki icrası dərhal sürətləndiriləcək. Paşinyanın əsas taktikası yenə də vaxtı uzatmaq, prosesləri prolonqasiya etməkdir. Çünki Moskva və Tehran qarşısında götürülən öhdəliklər onun həm siyasi, həm də fiziki təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır”, - T.Zlüfüqarov vurğulayıb.

Ekspert hesab edirlər ki, Ermənistan rəhbərliyinin sistemsiz və ziddiyyətli siyasi gedişləri əslində proseslərin təbii məntiqini dəyişmir, əksinə, regional güc balansında strateji hədəflərin reallaşacağı "x" saatını daha da yaxınlaşdırır.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью