Paşinyanın təcili Moskva səfərinin PƏRDƏARXASI KONKRET

11.12.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Avropadan sonra Moskvaya səfəri regionda diqqət mərkəzinə çevrilib. Səfərin rəsmi xarakter daşımadığı bildirilsə də, Avrasiya İqtisadi İttifaqının toplantısında iştirakı çərçivəsində baş tutacaq görüşlərdə həm Ermənistan–Rusiya münasibətləri, həm də Güney Qafqazdakı gərgin məsələlər müzakirə olunacaq. Maraqlıdır, Paşinyanın Moskvaya səfərində nələr müzakirə oluna bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, görüş zamanı ilk növbədə Paşinyanın Aİİ ilə münasibətləri, eləcə də Ermənistan–Rusiya əlaqələrinin vəziyyəti müzakirə ediləcək. Onun sözlərinə görə, əgər Vladimir Putinlə ikitərəfli görüş baş tutarsa, qarşılıqlı münasibətlərə dair daha detallı məsələlər gündəmə gələ bilər.

Şərhçinin fikrincə, müzakirələrin ən vacib hissəsi Güney Qafqazdakı proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin açılması kimi məsələlər olacaq:

“Bir çox qüvvələr, o cümlədən Rusiyada müəyyən dairələr keçmiş Qarabağ kartından istifadə etməyə çalışırlar. Ermənistanın bu avantüraya gedib-getməyəcəyi isə sual altındadır. Bu addım onlar üçün kifayət qədər riskli ola bilər”, – Qasımov deyib.

Onun sözlərinə görə, Paşinyan bu proseslərdə maksimum manevr etməyə çalışacaq. Əgər Moskvanın Cənubi Qafqazla bağlı mövqeyi konstruktiv olarsa, aparılan müzakirələr regionun xeyrinə nəticə verə bilər.

“Rusiya bir tərəfdən Paşinyanla əməkdaşlıq etsə də, digər tərəfdən özünün “5-ci kolonu” vasitəsilə ona təzyiq göstərməyə, imkan yarandıqda isə onu devirməyə cəhd edir. Bu səbəbdən Ermənistan və Rusiya arasında müzakirə olunacaq kifayət qədər geniş mövzular mövcuddur.”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью