Paşinyanın təklifinə rədd cavabı verdilər

20.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistanın müxalif “Güclü Ermənistan” fraksiyası ölkənin Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsi ilə bağlı təklifini rədd edib. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında sözügedən fraksiyanın katibi Tiqran Abramyan deyib. 

O bildirib ki, bu məsələ ilə bağlı bir neçə dəfə öz mövqelərini bildiriblər və hələ heç bir fikir dəyişikliyi baş verməyib.

T.Abramyanın sözlərinə görə, erməni xalqının fikrini öyrənmək məsələsinə gəldikdə isə, onlardan artıq iyunun 7-də (Ermənistanda parlament seçkiləri keçirilib – red.) fikirləri soruşulub  və xalq öz cavabını verib.  

Fraksiya katibi həmçinin Nikol Paşinyanın istefa vermək vədinə skeptik yanaşdığını qeyd edib. 

Xatırladaq ki, Ermənistan Baş naziri noyabrın 19-da hökumətin iclası zamanı müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edərək yeni Konstitusiya rədd ediləcəyi təqdirdə istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə hökumət başçısı postuna namizəd olmayacağını bildirib. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью