Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu proses artıq ABŞ-də hakimiyyət dəyişikliyi ilə əvvəlcədən müəyyən olunmuşdu.
Lakin onun ilk konkret təzahürü Ər-Riyadda – ABŞ-nin dövlət katibi Rubio və Rusiyanın xarici işlər naziri Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında aparılan danışıqlarla qeydə alındı.
Bu, uzun müddət pozulmuş Rusiya-ABŞ münasibətlərinin bərpasına yönəlmiş ilk praktik addım idi.
Artıq verilmiş bəyanatlardan belə görünür ki, tərəflər arasında mühüm məsələlərlə bağlı müəyyən qarşılıqlı anlaşma mövcuddur.
Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.
Nəşr yazır ki, görüşün məkanı – Səudiyyə Ərəbistanı da önəmli idi: “Şübhəsiz ki, Ərdoğan görüşün Türkiyədə baş tutmasını açıq şəkildə istəyirdi.
Lakin maraqlı tərəflər onun bu istəyinin motivlərini çox yaxşı anlayırdılar və öz razılaşmalarını bu motivlərlə əlaqələndirmək istəmirdilər.