Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
““Qərbi Azərbaycan” haqqında ritorika ciddi çağırışdır, Ermənistanın təhlükəsizliyinə, eləcə də regional təhlükəsizliyə və bərqərar olmuş sülhə təhdiddir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 17-də “Hərtərəfli Təhlükəsizlik və Dözümlülük 2026” beynəlxalq konfransında çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, Ermənistan hazırda ictimai və qeyri-ictimai ritorika ilə bağlı çətinliklərlə üzləşir və bu, ciddi təhlükəsizlik problemləri yaradır.
Baş nazir qeyd edib ki, bu çətinlik özünü müxtəlif yollarla göstərir.
“Əsas problem onların həllini necə təqdim etməyimizdir. Ermənistanda qarşılıqlılıq prinsipi ilə bağlı çoxlu müzakirələr aparılır, lakin bu, heç vaxt nəticə verməyəcək. Sülh sazişi danışıqlarının uğurlu nəticəsi mexaniki qarşılıqlılıq prinsipindən imtina etmək qərarına gəldiyimiz zaman baş verdi.
Sülh sazişinin mətninin “stolüstü tennis” yanaşması ilə təkmilləşdirilməsi potensialının olmadığı bir vəziyyətlə qarşılaşmışıq. Ona görə də fərqli yanaşma tətbiq etdik”, - deyə Nikol Paşinyan qeyd edib.
Paşinyanın açıqlaması Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan mövzusunu həmişəlik bağlamaq və siyasi gündəmdən çıxartmaq niyyətindən xəbər verir.
Yəni rəsmi İrəvan qeyd edilən məsələni dolayısı ilə Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün ilkin şərt kimi qoyur.
Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı Nikol Paşinyan hakimiyyəti özündən əvvəlki sələflərinin siyasi kursuna sadiqlik nümayiş etdirir.
Yəni Paşinyanın Birinci Qarabağ müharibəsinin nəticələrinə baxışları eks-prezidentlərdən fərqlənsə də, monoetnik və “Türksüz Ermənistan” siyasəti davam etdirilir.
Digər tərəfdən, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı Ermənistanda separatizmə səbəb ola bilməz.
Çünki Qərbi Azərbaycandan deportasiya olunmuş 250 mindən artıq qaçqın Ermənistan Konstitusiyasının və qanunvericiliyinin tələblərinə uyğun şəkildə yaşamağa razı olduqlarını bəyan ediblər.
Yəni 1988-ci ildə Qarabağda münaqişə yaratmış erməni separatçılarından fərqli olaraq, öz yurdlarına qayıtmaq istəyən azərbaycanlılar Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağın tərəfdarıdır.
Bu baxımdan, Qərbi Paşinyanın Azərbaycan məsələsinin Ermənistanın və bütövlükdə region üçün təhlükə olması barədə dedikləri absurd səslənir.
Ermənistanın Baş naziri “qarşılıqlılıq” ifadəsini işlətməklə Qərbi azərbaycanlıların öz evlərinə dönməsinə alternativ olaraq ermənilərin də Qarabağa qayıtması şərtinə eyham vurur.
Əslində, Azərbaycan tərəfi buna etiraz etmir. Lakin Paşinyan nəzərə almalıdır ki, azərbaycanlılar Ermənistan vətəndaşlığını qəbul edib birgəyaşayışa razı olduqları halda, Qarabağa qayıdacaq ermənilər bu yanaşamanı qəbul etmir.
Onların 2023-cü ildə Qarabağdan könüllü köçməsinin səbəbi də bu idi.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin