Paşinyanın Vaşinqton SƏRGÜZƏŞTLƏRİ: “Siyasi dividentlər güdməkdədir” | Icma.az
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Qarşıdakı dövrdə nəticələri görəcəyik.
Bu kimi məsələlər region politikasının təhlil edilməsində ciddi nəzərə alınmalı faktorlardır”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ vitse-prezidenti Ceyms Devid Vens ilə görüşünün mümkün nəticələrini şərh edən politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Paşinyan respublikaçılar ilə münasibətlər formalaşdırmaq niyyətindədir: “Bayden hakimiyyəti ilə onun çox yaxın münasibətləri mövcud idi.
Hətta bu münasibətlər ABŞ administrasiyasının anti-Azərbaycan mövqedən çıxış etməsinə qədər gətirib çıxarmışdı.
Nəticədə isə Ermənistan, Cənubi Qafqazda sülhə təhdid yaradacaq addımlar atırdı”.
Analitikin fikrincə, ABŞ-nin yenidən prezidenti seçilən Donald Trampın inauqurasiyasından öncə Vaşinqton və İrəvan arasında xartiya imzalanması xüsusi diqqətçəkən məqamdır: “Dəfələrlə cəhdlərinə baxmayaraq, Trampla görüşə bilməyən Paşinyan vitse-prezidentlə müzakirə zamanı xartiyadan irəli gələn məsələlərin reallaşdırılmasına çalışacaq.
Eyni zamanda, erməni faktorunu ABŞ siyasətində ortaya qoymağa çalışır. Yəni siyasi dividentlər güdməkdədir.
Tam oxu
Xəbəri oxu