Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın keçmiş Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan baş nazir Nikol Paşinyanın administrasiyasında işləmək təklifindən imtina edib.
Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan hökumətdə keçirdiyi brifinqdə Qriqoryana baş nazirin aparatında vəzifə təklif etdiyini bildirib.
Paşinyanın sözlərinə görə, Armen Qriqoryan dövlət qulluğunda fəaliyyətinə müəyyən müddət fasilə verməyə üstünlük verib.
“Armen Qriqoryana baş nazirin aparatında işləməyi təklif etdim, amma görünür, o, dövlət karyerasında fasilə verməyə üstünlük verdi. Mən bunu anlayışla və hörmətlə qarşılayıram”, - Paşinyan deyib.
Qeyd edək ki, bu gün Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib və onun yerinə Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan təyin olunub.