Paşinyanın xanımını ölümlə HƏDƏLƏDİLƏR

28.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan təhdid olunduğunu bildirib.

Modern.az xəbər verir ki, Anna Akopyan bu barədə "Instagram" səhifəsində paylaşdığı videoda danışıb.

O bildirib ki, ailədaxili zorakılıq mövzusunda çıxış etməyə başladıqdan sonra ünvanına ölüm və zorakılıq təhdidləri gəlməyə başlayıb.

"Ümid edirəm ki, dövlət qurumları belə bir hadisənin baş verməsinə imkan verməyəcək. Çünki birinci xanım zorakılığa məruz qalarsa, bu, ölkənin nüfuzuna ciddi zərbə vurar", - deyə Anna Akopyan bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью