Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əgər üzümüzə gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, ən böyük dəstəyi Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qazanardı.
“Cebheinfo.az”-ın məlumatına görə, “MPG Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələri belə göstərir.
Nikol Paşinyan reytinq göstəricisinə görə, birinci yeri sahib olsa da, əvvəlki seçkilərlə müqayisədə ona səs vermək istəyənlərin sayı azalıb.
Seçicilərin 17,3 faizi ona səs verməyə hazırdır ki, bu da əvvəlki sorğudan 4,2 faiz çoxdur.
İkinci yeri ilk dəfə olaraq 13,4 faiz səs toplayan və populyarlığının 10,6 faiz artması maşahidə edilən rusiyalı milyarder Samvel Karapetyanın ətrafında formalaşmış yeni siyasi birlik tutub.
Üçüncü yerdə 6,4 faiz səslə eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku qərarlaşıb.
Qagik Tsarukyanın liderlik etdiyi Çiçəklənən Ermənistan Partiyasına səs vermək istəyənlərin sayı isə 3,8 faiz təşkil edib.