Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur ŞƏRH | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
TRIPP elə Azərbaycanın illərdir gündəmə gətirdiyi Zəngəzur dəhlizidir Zəngəzur dəhlizinin Vaşinqton görüşündən sonra "Tramp yolu" adlandırılması yenidən müzakirə mövzusu olub.
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində Zəngəzur dəhlizi məsələsinə də toxunaraq, qeyd edib ki, bu dəhliz təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq.Dövlət başçısı Zəngəzur dəhlizinin "Tramp marşrutu"na necə çevrilməsindən danışıb.
Prezidentin sözlərinə görə, təxminən beş il ərzində Ermənistan Azərbaycanın tələbləri və qanuni istəkləri qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi.
Bu səbəbdən ABŞ Prezidenti Donald Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə rəsmi Bakı onlara mesaj verib ki, Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır.
Yəni Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır.
Ancaq Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Azərbaycan lideri vurğulayıb ki, Tramp administrasiyası bu qanuni narahatlığı doğru şək
Daha sonra mətbuata açıqlama verən Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizini "Sülh kəsişməsi", yaxud "Tramp yolu" adlandırıb.
Tam oxu
Xəbəri oxu