Paşinyanın zəngi: Mişustin imtina etdi

02.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya Baş naziri Mixail Mişustin Ermənistan Baş naziri Nikol Paşinyanın Aİİ ilə bağlı anlaşılmazlıqları müzakirə etmək təşəbbüsündən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Yerevanski nablyudatel” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Mişustin erməni baş nazirə Bakıtjan Saqintayevin rəhbərlik etdiyi Avrasiya İqtisadi Komissiyası ilə əlaqə saxlamağı və münaqişələrin həlli üçün Aİİ məhkəməsinə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, iyulun 1-də Rusiya Baş naziri Mixail Mişustinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью