Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
Ermənistan və Özbəkistan liderləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı regional hadisələri, o cümlədən kommunikasiyaların açılması səylərini müzakirə edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetindən bildirilib.
Mirziyoyev Paşinyanı yenidən Baş nazir olması münasibətilə təbrik edib. İki ölkə lideri Ermənistan-Özbəkistan münasibətlərinin daha da inkişaf etdirilməsi və ikitərəfli gündəmlə bağlı məsələləri müzakirə ediblər.
Onlar ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün ardıcıl addımların vacibliyini vurğulayıblar.