Paşinyanla Putin arasında rəsmi görüş planlaşdırılmır Kreml açıqladı

07.10.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, 8-9 oktyabr tarixlərində Türkmənistanda keçiriləcək BDT sammiti çərçivəsində Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş nəzərdə tutulmayıb.

Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və Rusiya lideri ilə gözlənilən təmasları barədə sualları cavablandırıb. Uşakov qeyd edib ki, Paşinyanın Moskvaya səfər edəcəyi barədə ümumi məlumatlar olsa da, hələlik konkret razılıq əldə olunmayıb və bu istiqamətdə rəsmi diplomatik təmaslar hələ qurulmayıb.

Uşakov oktyabrın 8-9-da Türkmənistanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (BDT) ölkələrinin liderlər zirvəsinə də toxunub. O, tədbir çərçivəsində Putinlə Paşinyan arasında xüsusi ikitərəfli görüşün planlaşdırılmadığını, lakin tədbirin ümumi gedişatında qısa təmas ehtimalının istisna edilmədiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Kreml sözçüsü Dmitri Peskov da Paşinyanın Moskvaya səfərinin dəqiq tarixinin hələ müəyyənləşmədiyini, lakin yaxın gələcəkdə baş tutmasının gözlənildiyini bildirmişdi. Peskov qeyd etmişdi ki, görüş baş tutacağı təqdirdə əsas müzakirə mövzularından biri Ermənistanın gələcək inkişaf vektoru və ölkənin Aİ-yə üzvlüyü ilə bağlı ola biləcək mümkün referenduma dair məsələlər olacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью