Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında Bişkekdə keçiriləcək görüşdə gərginliyin yaşanacağı ehtimal olunur.
Axar.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Qriqor Balasanyan deyib.
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın iki ölkə liderinin görüşündən əvvəl verdiyi açıqlamalar təsadüfi deyil. Qarşıda mətbuatın iştirakı olmadan, bağlı qapılar arxasında kifayət qədər sərt söhbət olacaq. Zaxarovanın Ermənistan baş nazirinin açıqlamaları ilə bağlı son şərhləri də məhz bunu göstərir. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi səfərdən əvvəl səbəbsiz yerə belə açıqlamalar vermir. Görüşün yekununda Paşinyan və Putin arasında Ermənistan-Rusiya münasibətlərində hər hansı ciddi müsbət irəliləyişin baş verəcəyini gözləmək çətindir. Məsələn, Rusiya bazarının Ermənistan məhsulları üçün açılması və ya digər bu kimi məsələlərin həll olunması real görünmür”, – o bildirib.
Ekspertin fikrincə, Paşinyanın Ermənistanın eyni vaxtda AB-yə üzvlüyə müraciət etməyə hazırlaşdığı barədə açıqlaması referendumun keçirilməyəcəyi anlamına gəlir:
“Ermənistan rəhbərliyi artıq birtərəfli qaydada, referendum keçirmədən AB-yə üzvlük üçün müraciət etmək qərarına gəlib. Qış ərəfəsində, çətin iqtisadi vəziyyət fonunda belə bir açıqlama vermək tamamilə yersiz idi. Bu, gərginliyi daha da artıracaq və təbii ki, ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək”.