Paşinyanla yoldaşı barışıb?

28.05.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın fəaliyyətdə olan baş naziri (seçki təşviqatı ilə əlaqədar məzuniyyətdə olan) Nikol Paşinyanın eks-həyat yoldaşı Anna Akopyan, səs-küylü ayrılıqdan sonra yenidən onun yanına qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Anna Akopyan seçki kampaniyasının son günündə Nikol Paşinyana  qoşulacaq.
“Baş nazir Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan, hansı ki, əvvəllər seçki kampaniyası çərçivəsində keçirilən ictimai görüşlərdə baş naziri müşayiət etmirdi, yaxın ətrafına bildirib ki, seçki kampaniyasının son günündə bütün ailə səhnəyə çıxacaq”, - deyə nəşrdə qeyd olunur.

Qəzetin məlumatına görə, həmin gün Akopyan uşaqları ilə birlikdə Paşinyanın yanında dayanaraq seçki kampaniyasının yekun mərhələsində ailə dəstəyini nümayiş etdirəcək.

Xatırladaq ki, bu ilin 27 fevralında Akopyan Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. Eyni zamanda "Mənim addımım" fondunun icraçı direktoru vəzifəsində qalacağını açıqlamışdı.


Öz növbəsində Paşinyan Anna Akopyanın qərarına hörmətlə yanaşdığını demişdi. O vurğulamışdı ki, Akopyan uzun illər ən çətin dövrlərdə onun yanında olub və bəlkə də ona üzüntü yaşatdığı üçün təəssüfləndiyini ifadə etmişdi.

Bu ilin 19 apreldə Paşinyan hökumət iqamətgahından video paylaşmış və arxa planda Akopyan görünmüşdü. Daha sonra onlar birlikdə Gümrü şəhərində keçirilən avtoyürüşdə iştirak ediblər.

Baş nazir bildirib ki, keçmiş həyat yoldaşı fevralın sonunda ictimai şəkildə boşanma barədə açıqlama verəndə o, bu qərara hörmət etdiyini demişdi. Amma onun sözlərinə görə, bu qərara hörmət etmək onunla barışmaq demək deyil. Daha sonra Paşinyan ailəsini qorumaq üçün səy göstərdiyini bəyan edib.
Nikol Paşinyanla Anna Akopyan tələbə yoldaşıdırlar. Onlar ilk dəfə 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alarkən qarşılaşıblar.
Anna Akopyanın Nikol Paşinyandan 3 yaş kiçikdir, o, 1978-ci il, Baş nazir isə 1975-ci il təvəllüdlüdür.

Nikolla Anna həm də iş yoldaşı olublar. 1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. 2013-cü ildə baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.
2018-ci ildə Anna Akopyan "Mənim addımım" və "Təbəssümlər şəhəri" xeyriyyə fondlarını təsis edib.

Anna ilə Nikolun izdivacından 4 uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine.(modern.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью