Pasiyentləri aldadan stomatoloq 2 illik həbs cəzası aldı

21.11.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. SİA Xitab24.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, həkim ona müraciət edən pasiyentlərə yalan vədlər verərək ümumilikdə 26 795 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Zeynal adı ilə də tanınan stomatoloq bu əməlləri "Loft Dent", "L.A Dent" və "Mediland Hospital"da törədib.

Pasiyentlərdən pul almasına baxmayaraq, verdiyi vədlərə əməl etməyən həkim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью