Pasportlarda dəyişiklik edildi YENİ QAYDA

24.01.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, ABŞ-ın 47-ci prezidenti Donald Tramp and içdikdən sonra ölkədə yalnız iki cinsin - kişi və qadının tanınacağını bildirən fərman imzalayıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, bundan sonra ABŞ pasportlarında da bu qayda tətbiq olunacaq.

ABŞ dövlət katibi Marko Rubio Amerika pasportlarında “qadın” və “kişi” variantları ilə yanaşı, homoseksuallar və transseksuallar üçün “X” variantının ləğvinə göstəriş verib. Yəni Amerika pasportları üçün yalnız iki seçim olacaq.

“The Intercept”in yazdığına görə, Rubio müvafiq təlimatında “ABŞ-ın rəsmi siyasəti cinsiyyətin dəyişməz olmasıdır” deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью