Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23.11.2026

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı reper Paster yeni musiqi layihəsini dinləyicilərinə təqdim edib.

OLAY yazır ki, sənətçinin “012” adlı yeni mini-albomu noyabrın 21-də rəqəmsal musiqi platformalarında yayımlanıb.

Beş trekdən ibarət layihə qısa müddətdə dinləyicilərin diqqətini cəlb edərək Apple Music-in Azərbaycan üzrə ən populyar albomlar siyahısında birinci pilləyə yüksəlib.

Təxminən 27 dəqiqəlik albomda “Quyudan Salam”, “Mufasa”, “Sakitliyə Qərq Oldum”, “Dünya Pəncərədir” və “Olmasam Olmaz” adlı kompozisiyalar yer alıb.

“012”nin söz müəllifi Pasterin özüdür. Layihənin kreativ rəhbərliyini isə reperlə yanaşı, Xan Cəfərli və Aslan Alixanov həyata keçiriblər.

Albomun musiqi prodüseri Asoundaddy, bitmeykeri Dex olub. Piano ifalarını Xəyal Əliyev səsləndirib. O, eyni zamanda səsyazma prosesində assistent kimi çalışıb. Mahnıların yazılmasına Yiapun və Morz da dəstək göstəriblər.

“Toufan Records” leyblı altında təqdim edilən albomun səsyazma, miks və masterinq işləri “Toufan” tərəfindən həyata keçirilib.

Layihənin vizual tərtibatında da geniş yaradıcı heyət iştirak edib. Səhnə dizaynını Natavan Guliyeva, qrafik dizaynı Khan Jafarli hazırlayıb. Fotoçəkilişlər Aslan Alikhanova, videoçəkilişlər Evez Naghiyevə, montaj rejissorluğu isə Muhammad Osmana həvalə olunub. Layihənin yaradıcı heyətində Murad Shuge də yer alıb.

Qeyd edək ki, layihənin YouTube-da yayımlanan tam versiyası ayrıca giriş hissəsi ilə başlayır. Albomun bütün kompozisiyaları bir video daxilində təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью