Pasxa adasında sunami təhlükəsi ilə əlaqədar təxliyə başlayıb

30.07.2025

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çili hökuməti Kamçatkada baş verən zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar Pasxa adası sakinlərinin təhlükəsiz zonalara təxliyəsinə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çilinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Xidməti məlumat yayıb.

"Rusiyada 8,8 maqnitudalı zəlzələ ilə əlaqədar Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya və Okeanoqrafiya Xidməti Pasxa adası üçün sunami təhlükəsi elan edib. Sakinlərdən təhlükəsiz zonaya getmələrini xahiş edirik", - qurumun “X”dəki səhifəsində deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью