Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pasxa atəşkəsi gecə yarısı başa çatacaq və Rusiya Prezidenti Vladimir Putin onun uzadılması ilə bağlı heç bir göstəriş verməyib.
Axar.az xəbər verir ki, bu barədə TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Atəşkəsin aprelin 21-nə keçən gecə bitəcəyi və ya uzadılması ilə bağlı suala Peskov “Başqa əmrlər yox idi” cavabını verib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində ötən gün “Pasxa atəşkəsi” elan edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.