Pasxadan sonra hava düzələcək: Təbiətdə baş verən pozuntular “Qarı nənə”nin ömrünü uzadıb …
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq. Əldən aldın yorğanım,Dərdə düşdü oğlağım.Borca getdim samana.Pislik qaldı yamana.Mart, g
Onlar xalqın empirik müşahidələrinin nəticəsi kimi formalaşıb:“Bu cür hava proqnozlaşdırmaları sadəcə inanc deyil.
Bunlar uzun illər ərzində xalqın təbiəti müşahidə edərək formalaşdırdığı empirik düşüncələrin nəticəsidir.
Sadəcə bu proqnozlar mütləq xarakter daşımır”.Ağaverdi Xəlil: Qışın qarı obrazında canlandırılması onun tez yola salınması arzusunun simvolik formasıdırQışın “Qarı nənə” obrazında təsəvvür olunması da məhz xalqın bu fəslə münasibətinin simvolik ifadəsidir deyən folklorşünas nəzərə çatdırıb ki, qış aylarının insanlara yaratdığı çətinliklər bu obrazın inadkar və getmək istəməyən formada təqdim olunmasına səbəb olub.Həmsöhbətimiz əlavə edib ki, qışın qarı obrazında canlandırılması onun tez yola salınması arzusunun simvolik formasıdır.
Qarı nənənin getmək istəməməsi ilə bağlı mifoloji təsəvvürlər bu gün də xalq arasında yaşayır:“Qış təqvim üzrə bitdikdən sonra havanın yenidən soyuması xalq düşüncəsində məhz Qarı nənənin havanı qarışdırması kimi dəyərləndirilir.
Xüsusilə “Qarı nənə apreldən 15 gün borc alıb” kimi deyimlər bunun bariz nümunəsidir”.A.Xəlil bu tip deyimlərin sadəcə maraqlı ifadələr olmadığını vurğulayıb.
Dediyinə görə, onlar xalqın hava ilə bağlı düşüncə tərzini və təbiətlə münasibətini əks etdirən dərin mifoloji qatlara malikdir:“Bu cür hava dəyişiklikləri təkcə bizdə deyil, digər xalqlarda da mövcuddur.
Məsələn, xristianlar yaz aylarında havaların qeyri-sabit keçməsini Pasxanın çıxmasına qədər təbii hal kimi qəbul edirlər”.Müsahibimizin fikrincə, müasir dövrdə iqlim dəyişikliyi və ekoloji balansın pozulması bu obrazların da dəyişməsinə səbəb olub:“Əvvəllər Qarı nənənin ömrü 10-15 gün kimi təsəvvür olunurdusa, indi təbiətdə baş verən pozuntular bu ömrü uzadıb.
Tam oxu
Xəbəri oxu