“Patı” ürək və psixikaya ağır zərbə vurur AÇIQLAMA

04.02.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hazırda Azərbaycanda geniş yayılan və el arasında “patı” kimi tanınan psixostimulyator maddələr insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Bu maddələrin toksiki təsiri olduqca güclüdür və qəbul edildiyi andan etibarən orqanizmdə ağır fəsadlara səbəb olur".

Redaktor.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda qeyd etdi.

Həkimlərin sözlərinə görə, "patı" qəbul edildikdə insanlarda ürək döyüntüləri sürətlənir, taxikardiya yaranır. Həmçinin, maddənin ürəyə yüksək toksiki təsiri nəticəsində qısa müddətdə kəskin arıqlama müşahidə olunur:

"Bu arıqlama qida qəbuluna baxmayaraq davam edir. Xüsusilə yaş artdıqca ürəyin bu yükə dözməməsi infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırır. "Patı" istifadə edən şəxslər sutkalarla yatmırlar. Bu isə ilkin mərhələdə iş qabiliyyətinin artması kimi görünsə də, maddənin dozası artırıldıqda psixotik pozuntular meydana çıxır. Belə hallarda insanlarda şübhələr, sayıqlamalar və psixoz əlamətləri yaranır. Psixostimulyator istifadə edənlərin əksəriyyəti etiraf edir ki, maddəni qəbul etdikdən sonra onları kimsə izləyirmiş, güdürmüş və ya təqib edirmiş kimi hisslər keçirirlər. Həkimlər bildirirlər ki, bu, "patı" maddəsinin yaratdığı ağır psixozların tipik əlamətlərindəndir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью