Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın Keti Miller kimdir? | I…
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əvvəl Mayk Pensin mətbuat katibi, sonra Donald Trampın etibar etdiyi müşavir, bu günlərdə isə İlon Maskın ən yaxın məsləhətçisi...
Ancaq indi Vaşinqtonda hər kəs eyni sualı verir: Keti Miller indi kimin tərəfindədir?
Qaynarinfo xəbər verir ki, İlon Mask Tramp yenidən prezident seçildikdən sonra Ağ Evə tək gəlməyib.
Onunla bərabər Vaşinqtonun incə siyasi yollarını yaxşı bilən bir müşavir də vardı - Keti Miller.
Trampa yaxın fiqurlardan olan Stiven Millerlə evli olan Keti Miller, Trampın ilk prezidentliyi dövründə Ağ Evdə önəmli rol oynamış, vitse-prezident Mayk Pensin kommunikasiya məsələlərini idarə etmiş və siyasi elita ilə güclü əlaqələr qurmuşdu.
Siyasi minalarla dolu bir sahənin ortasında Yanvar ayında Trampın yenidən prezident seçilməsi ilə Miller bu dəfə İlon Maskın qeyri-rəsmi nümayəndəsi - yəni Ağ Evdəki əlaqələrini və strategiyasını yönəldən fiqur olaraq geri döndü.
Lakin indi o, özünü siyasi intriqaların mərkəzində, addımbaşı minalarla dolu bir sahədə tapıb.
Tam oxu
Xəbəri oxu