Pato İngiltərə klubunu almaq istəyir

27.01.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Braziliya millisinin sabiq futbolçusu Aleşandro Pato İngiltərənin II Liqa klubu “Kolçester Yunayted”i almaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Keçmiş hücumçu aşağı liqa klubunun hazırkı sahibləri ilə danışıq aparır.

Pato 2023-cü ildə karyerasını bitirib. Onun təxminən 100 milyon funt-sterlinq sərvəti olduğu bildirilir.

Forvard karyerası ərzində “San Paulo”, “Çelsi”, “Milan”, “Vilyarreal” kimi klublarda forma geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью