Patrik Şik Bayer lə bağlı qərarını verib

16.06.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bayer"in hücumçusu Patrik Şik bu yay klubunu dəyişməyi planlaşdırmır.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 29 yaşlı forvard komandanın yeni baş məşqçisi Erik ten Haqla işləməkdə maraqlıdır.

Daha əvvəl futbolçu ilə Premyer Liqa və A Seriyasının bir sıra klublarının, o cümlədən "Arsenal", "Mançester Yunayted" və "Çelsi"nin maraqlandığı bildirilirdi.

Bununla belə, futbolçunun özü Leverkuzendə qalmaq istəyir.

Şik 2020-ci ildən Almaniya klubunda çıxış edir. 2024/25 mövsümündə 45 oyun keçirib, 27 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Transfermarkt"ın məlumatına görə, çexiyalı hücumçunun bazar dəyəri 27 milyon avrodur.

“Milan” İsveçrə millisinin üzvü ilə maraqlanır Qattuzo İtaliya millisində - RƏSMİ “Milan”da ayrılıq “Qalatasaray”dan növbəti transfer bombası: MENECERİ İSTANBULA GƏLİR “Tottenhem” arzusuna çatdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью