Patrik Vieyra İtaliya klubunun baş məşqçisi vəzifəsinə təyin olunub

20.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Patrik Vieyra İtaliyanın "Cenoa" komandasının yeni baş məşqçisi təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssis bu postda Alberto Cilardinonu əvəzləyib. Fransalı baş məşqçi son olaraq ölkəsində "Strasburq"da işləyib.

Qeyd edək ki, "Cenoa" 12 turdan sonra A Seriyasında 10 xalla 17-ci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью