Patris Emeri Trovoada Azərbaycana səfərə gəlib

10.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью