Patris Evra: Messi dünya çempionu olmadı, etdilər

20.03.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

2022-ci ildə dünya çempionluğunu Argentina millisinin futbolçusu Lionel Messiyə veriblər.

Oxu.Az xəbər verir ki, bunu Fransa millisinin sabiq müdafiəçisi Patris Evra yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, Qətərdə təşkil olunmuş mundialda hər şey əvvəldən həll olunmuşdu: "Biz 2018-ci ildə dünya çempionu olmuşuq. Amma hamımız bilirik ki, 2022-ci ildə dünya çempionluğunu Messiyə sadəcə, verdilər. Hətta fransalılar da argentinalının qazanmasını istəyirdilər".

Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina yığması Fransaya penaltilər seriyasında qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью