Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Pakistanda eyni vaxtda iki silahlı hücum olub.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Bəlucistan əyalətinin Kalat rayonunda naməlum silahlı şəxslərin hücumu nəticəsində 4 nəfər həlak olub.
Daha bir hadisə isə Nuşki şəhərində baş verib. Burada patrul avtomobilin atəşə tutulması nəticəsində 4 polis əməkdaşı həyatını itirib.
Pakistan Prezidenti Asif Əli Zərdari insan tələfatından dərindən kədərləndiyini bildirib və silahsız insanları hədəfə alan terrorçulara qarşı təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.