Patruşev: London Ukraynadan müstəmləkə yaratmağa çalışır

28.01.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

...Kiyevlə “yüz illik tərəfdaşlıq” müqaviləsi bağlayan Böyük Britaniya Ukraynada yeni müstəmləkə yaratmağa çalışır. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev deyib.
O, İngiltərənin əsrlər boyu dəniz quldurlarının köməyi ilə əraziləri necə zəbt etdiyini, qarət, soyğunçuluq və dinc əhaliyə qarşı zorakılığa göz yumduğunu xatırladıb.

Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində deyib ki, “Kiyev və London arasında “yüzillik tərəfdaşlıq” haqqında sazişin bu yaxınlarda bağlanması ilə İngiltərə, mahiyyət etibarilə, uğursuz Ukrayna ərazisində özünün yeni müstəmləkəsini yaratmağa çalışır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Britaniya və Ukrayna arasında bağlanmış sazişi etibarsız hesab edib.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью