Icma.az, Axar.az saytına istinadən bildirir.
Rusiya Silahlı Qüvvələri hazırda dünyanın ən güclü ordusu hesab edilə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Peşəkar hərbçilər çox yaxşı başa düşürlər ki, biz indi hər bir ölkədən güclüyük. Bir çoxları ABŞ-ın ən güclü ordusuna sahib olduğunu deyir. Bu, belə deyil. Ordumuz daha güclüdür və sərt cavab verə biləcək gücə malikdir. Bu qədər güclü qüvvələr belə ölkə daxilində dəstək olmadan Qərbin təcavüzünün qarşısını almaqda çətinlik çəkə bilər”, - deyə o bildirib.