Pauerbank alovlandı, təyyarə təcili eniş etdi Video

12.10.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistanda Dehlidən Çennaya uçan “IndiGo” aviaşirkətinə məxsus sərnişin təyyarəsində pauerbankın alovlanması səbəbindən uçuşun istiqaməti dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, 6E 6115 reysinin yuxarı baqaj bölməsindəki pauerbankdan tüstü qalxıb.

Kabin heyətinin müdaxiləsindən sonra pilotlar təyyarəni Heydərabaddakı Rajiv Qandi beynəlxalq hava limanına yönləndiriblər.

Təyyarə təhlükəsiz eniş edib. Sərnişinlərin və ekipaj üzvlərinin xəsarət almadığı bildirilib. Aviaşirkət sərnişinlərin Çennaya çatması üçün alternativ uçuş təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью