Paulo Dibala Qalatasaray a yollanmayacaq

26.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Roma"nın hücumçusu Paulo Dibala karyerasını İtaliyada davam etdirəcək. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bütün müqavilə şərtlərini yerinə yetirib və buna görə də onun müqaviləsi avtomatik uzadılacaq.

Bir müddət əvvəl Dibalanın "Qalatasaray"a transfer olunacağı ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, argentinalı cari mövsümdə İtaliya klubunun heyətində 24 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью