Pavel Durov: 2018 ci ildə məni zəhərləməyə çalışıblar

01.10.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Telegram" messencerinin yaradıcısı Pavel Durov bəyan edib ki, 2018-ci ildə onu zəhərləməyə cəhd ediblər.

Oxu.Az bildirir ki, o, bu barədə amerikalı bloqer Leks Fridmana müsahibəsində bəhs edib.

Durovun sözlərinə görə, evə qayıdanda qapıda bağlama tapıb:

"Təxminən bir saat sonra bütün bədənimdə kəskin, şiddətli ağrı hiss etdim. Görmə və eşitmə qabiliyyətim dəyişdi, nəfəs almaqda çətinlik çəkdim, sonra huşumu itirdim".

Ertəsi gün oyandığını vurğulayan Durov insanları qorxutmaq istəmədiyinə görə bu barədə daha əvvəl danışmadığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью