Pavel Durov: “Hazırda 140 övladım var, 400 ə çatdıracağam

12.11.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Telegram"ın qurucusu Pavel Durov şəxsi həyatı və gələcək planları ilə bağlı diqqətçəkən açıqlama verib.

Milli.Az xəbər verir ki, təxminən 15 milyard dollar sərvətə sahib olduğu bildirilən 42 yaşlı milyarder bir neçə il əvvəl sperma donoru olduğunu açıqlamışdı. O, hazırda 140 övladının olduğunu, qarşıdakı illərdə isə bu rəqəmi xeyli artırmaq niyyətində olduğunu deyib.

Durovun sözlərinə görə, 50 yaşına qədər övladlarının sayını 400-ə çatdırmağı planlaşdırır. O, özündən uşaq sahibi olmaq istəyən qadınların xərclərini qarşılamağa da davam edəcəyini bildirib.

"Hazırda 140 övladım var. 50 yaşıma qədər bu sayı 400-ə çatdıracağam. Məndən övlad sahibi olmaq istəyən qadınların xərclərini qarşılamağa davam edəcəyəm. Mən vəfat etdikdən sonra mirasım övladlarıma qalacaq", - deyə Pavel Durov bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью