Pavel Durov ilk dəfə Paris məhkəməsində dindirilib

06.12.2024

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Telegram”ın təsisçisi Pavel Durov Fransada ona qarşı açılmış məhkmə işi ilə bağlı ilk dəfə Paris məhkəməsində ifadə verib.

APA xəbər verir ki, bu haqda AFP adını çəkmədiyi mənbəyə istinadən xəbər verib.

Agentlik qeyd edib ki, bu gün Durov platformanın cinayət fəaliyyəti ilə mümkün əlaqəsinin araşdırılması ilə bağlı hakim tərəfindən dindirilib. Durov iki vəkilin müşayiəti ilə yerli vaxtla saat 10:00-da Paris məhkəməsinə gəlib.

O, Fransa ədalətinə güvəndiyini dbildirib. Lakin iş və ona qarşı irəli sürülən ittihamlarla bağlı əlavə şərh verməkdən imtina deib.

Xatırladaq ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью