Pavel Nedved Fatih Terimin baş məşqçisi olduğu klubda

09.01.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çexiya millisinin və “Yuventus”un sabiq futbolçusu Pavel Nedvedin yeni iş yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı “Əl-Şəbab”ında çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssis "Əl-Şəbab"ın idman direktoru vəzifəsinə təyin edilib. 

Nedved 2009-cu ildə futbolçu karyerasını başa vurduqdan sonra “Yuventus”da işləyib. O, əvvəlcə idarə heyətinin üzvü, 2015-ci ildə isə vitse-prezident olub. Pavel Nedved klub rəhbərliyinin qayda pozuntuları etməsi ilə bağlı araşdırmalara görə 2023-cü ilin yanvarında 8 aylıq futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, "Əl-Şəbab"ın baş məşqçisi məşhur türk mütəxəssis Fatih Terimdir. Hazırda komanda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 23 xalla 6-cı yerdədir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью