Pavol Şafranko: Hər iki kollektiv üçün vacib matçdır

29.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Bizi böyük oyun gözləyir".

Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Pavol Şafranko mətbuat konfransında deyib.

Oyunçu "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Hər iki kollektiv üçün vacib matçdır. Titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün söz verirəm".

Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью