Pay atonnan! Rus aktyor rus generalların başlarını qoparmağı tələb etdi

24.06.2026

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oxlobıstin ritorikasını qəfil dəyişdi..?

...Rus aktyoru və qızğın Putinçi İvan Oxlobistin ritorikasını qəfil dəyişərək rus generallarına və parlamentarilərinə sərt reaksiya verib.

SİA xəbər verir ki, Qordonun sözlərinə görə, o, çıxışını kamera qarşısında edib və videonu 23 iyunda İnstaqramda paylaşıb.

...Bəli, onlar (...ukraynalıları deyir –A.B.) bizi amansızcasına bombalayırlar. Fırıldaqçılar paytaxtın infrastrukturunu darmadağın edirlər, - deyə Oxlobistin gileylənib.

...Amma gəlin kədərlənməyək, həmvətənlər. Rusiya xaosunun böyük harmoniyasını unutmayaq. Bu bədbəxtliklərə görə mütləq kimsə məsuliyyət daşıyacaq. Onlar diqqətlə araşdıracaqlar, çünki bəlalar çoxdur - oğru məmurların, axmaq parlamentarilərin və döyüşdə bir damla qan tökməyən qorxaq generalların başları fırlanacaq.

Bunu deyən Oxlobistinin sözlərinə görə, vəzifədən kənarlaşdırılmış oğruların və axmaqların yerini "layiqli, bacarıqlı və ağıllı insanlar" tutacaq.

...Onlar bizi qələbəyə aparacaqlar. Əgər bu baş verməsə, qoy hər şey yanıb kül olsun. Biz buna öyrəşmişik. Moskva bunu əvvəllər də görüb. Moskva bundan qorxmur, çünki Moskva evlər, küçələr, teatrlar, sərgilər və ya restoranlar deyil. Moskva bir prinsipdir. Bir prinsip isə məhv edilə və ya yandırıla bilməz. Onu yalnız tərk etmək olar, - deyə o, yekunlaşdırıb.

Maraqlıdır, “bu nə dönüşdür”?

Deyim ki, bunu mən yox, rusiyalı internet istifadəçiləri yazıblar? O da maraqlıdır ki, bəziləri Oxlobistinin metamorfozuna heyran qalıblar?

…Sanki o, tonunu dəyişib?

Bunu da şərhçilərdən biri yazıb.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью