Payde ilə ikinci matç ərəfəsində Zirə nin heyəti ilə bağlı son vəziyyət bəllidir

28.07.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Estoniyada baş tutan birinci matçında "Payde"yə 0:1 hesabı ilə uduzan "Zirə" iyulun 30-da Sumqayıtdakı "SOCAR Polymer Arena"da qələbə qazanaraq növbəti mərhələyə adlamağa köklənib. 

"Qartallar"ın sözçüsü Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, Rəşad Sadıqovun çalışdırdığı kollektiv ikinci duelə itkisiz hazırlaşır.
O, heyətdə zədəli və ya cəzalı oyunçunun olmadığını bildirib.

Xatırladaq ki, UEFA "Zirə" - "Payde" matçını xorvatiyalı hakimlər briqadasına tapşırıb. FİFA referisi Dario Belə yan xətt hakimləri qismində İvan yaniç və Dino Knez kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək. Qarşılaşmanın start fiti 20:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью