“Payde”nin baş məşqçisi: “İrəli getməyə davam etməliyik

30.07.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" ilə Sumqayıtda 1:1 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, Estoniyanın "Paide" komandasının baş məşqçisi komandasının uğurunu belə dəyərləndirib:

“Burada heç bir sirr yoxdur. Biz birlikdə mübarizə apardıq və qalib gəldik. Sonadək döyüşdük və istəyimizə çatdıq. Yaxşı qapıçımız və güclü müdafiəçilərimiz var. Bəzən elə oyunlar olur ki, rəqib daha çox hücum edir, amma istədiyi nəticəni əldə edə bilmir".

Baş məşqçi avrokuboklarda növbəti mərhələyə yüksəlməyin onun üçün xüsusi hisslər yaratdığını da vurğulayıb:

“Hazırda tamamilə gözəl hisslər keçirirəm. Avrokuboklarda növbəti mərhələyə yüksəlmək bizim üçün yeni bir tarixdir. Hesab edirəm ki, bununla kifayətlənməməli və irəli getməyə davam etməliyik".

Olise: “Məqsədimiz dünya çempionu olmaqdır” Premyer Liqada klubunu dəyişdi - RƏSMİ Leon Beyli "Hall Siti"yə doğru: Prezident açıqladı Acun Ilıcalı: "Türkiyədəki neqativ mühitdən bezdim" Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью