Payet klubsuz qaldı

10.06.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransalı yarımmüdafiəçi Dimitri Payet “Vasko de Qama”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Payet “Vasko de Qama”da 2023-cü ildən çıxış edirdi. O, komandada 77 oyunda 8 qol vurub, 16 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью