Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Havaların sərinləşdiyi, axşamların uzandığı payız günlərində evdə film izləmək üçün sakit və rahat atmosfer yaranır. Romantik komediyalardan detektiv və fantastik filmlərə qədər müxtəlif janrlarda ekran işləri payız ab-havasını daha da xüsusi edə bilər.
Bizim.Media "Cümhuriyyet" ə istinadla payız atmosferi, isti ev səhnələri və duyğusal hekayələri ilə seçilən 5 filmi təqdim edir:
1. “Harry Sally ilə tanış olanda” (When Harry Met Sally, 1989)
Rob Reinerin rejissoru olduğu, baş rollarda Billy Crystal və Meg Ryanın çəkildiyi film romantik komediya janrının sevilən nümunələrindəndir.
Film Harry və Sallynin illər ərzində formalaşan dostluq və münasibətindən bəhs edir. Nyu-Yorkun saralmış yarpaqlarla örtülü küçələri, kafelər və personajlar arasındakı səmimi dialoqlar ekran işinə xüsusi payız ab-havası verir.
2. “Bıçaqlar çəkildi” (Knives Out, 2019)
Detektiv janrını sevənlər üçün “Bıçaqlar çəkildi” maraqlı seçimdir. Filmin rejissoru Rian Johnson, baş rollarda isə Daniel Craig, Chris Evans və Ana de Armas çəkilib.
Hadisələr imkanlı ailənin yaşlı üzvünün ölümündən sonra başlayır. Böyük malikanə, qapalı hava və ailə üzvləri arasındakı gərginlik filmin sirli atmosferini tamamlayır.
3. “Kiçik qadınlar” (Little Women, 2019)
Greta Gerwig tərəfindən ekranlaşdırılan “Kiçik qadınlar” Louisa May Alcottun eyniadlı romanı əsasında çəkilib. Filmdə Saoirse Ronan, Emma Watson, Florence Pugh və Timothée Chalamet rol alır.
Ekran əsəri dörd bacının həyatından, onların ailə münasibətlərindən, arzularından və böyümə prosesindən bəhs edir. Tarixi ab-hava, isti interyerlər və təbiət mənzərələri filmi payız axşamları üçün uyğun seçimlərdən birinə çevirir.
4. “Sihirli ev” (Practical Magic, 1998)
Fantastika və romantikanı bir arada sevənlər “Sihirli ev” filminə nəzər sala bilərlər. Sandra Bullock və Nicole Kidmanın baş rollarda olduğu ekran əsəri sehrli gücə sahib iki bacının həyatından bəhs edir.
Köhnə ev, şam işığı, təbiət mənzərələri və mistik hadisələr filmin atmosferində xüsusi yer tutur. Bacılıq münasibətləri, sevgi və fövqəltəbii hadisələr ekran əsərində bir araya gətirilir.
5. “Can dostum” (Good Will Hunting, 1997)
Dram janrını sevənlər üçün “Can dostum” payız axşamında izlənilə biləcək filmlərdən biridir. Gus Van Santın rejissoru olduğu ekran əsərində Matt Damon, Robin Williams və Ben Affleck rol alır.
Film riyaziyyatda qeyri-adi istedada sahib Will Huntingin həyatından bəhs edir.
Bizim.Media