Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Payızın gəlişi ilə yalnız təbiət deyil, astroloji atmosferin də dəyişdiyi bildirilir. Astroloqlar hesab edirlər ki, 2026-cı ilin payızı bəzi aylarda doğulan insanlar üçün mühüm qərarlar və həyat dəyişiklikləri ilə yadda qala bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, astrologiya və numerologiyaya görə, insanın doğulduğu ay onun həyatının müəyyən dövrlərində qarşılaşdığı hadisələrə təsir göstərə bilər.
Proqnoza əsasən, aprel, may və noyabr aylarında doğulanlar üçün 2026-cı ilin payızı xüsusilə əhəmiyyətli ola bilər. Bu dövrdə veriləcək qərarların onların gələcək həyatına ciddi təsir göstərə biləcəyi iddia olunur.
Qeyd edək ki, astrologiya, numerologiya və bu qəbildən olan digər təcrübələr elmi metodlar hesab edilmir və onların effektivliyi elmi araşdırmalarla təsdiqlənməyib. Bu tip materiallar əsasən əyləncə xarakteri daşıyır.
Aprel
Apreldə doğulanları bu payız daxili aydınlıq və mühüm qərarlar dövrü gözləyə bilər. Əsas məsələ başqalarının gözləntilərindən uzaqlaşaraq insanın öz həqiqi istəklərinə diqqət yetirməsi olacaq.
Astroloji baxımdan onlar üçün ən mühüm tarixlərdən biri sentyabrın 26-sı hesab edilir. Bu dövrdə baş verən hadisələrin aprel ayında doğulanları iki fərqli yol arasında seçim etməyə məcbur edə biləcəyi bildirilir.
Xüsusilə aprel ayında doğulan qoç və buğa bürclərinin öz istəkləri ilə ətrafdakı insanların onlardan gözlədikləri arasında fərqi müəyyən etməsi vacib olacaq.
Bu dövrdə “Mən əslində nə istəyirəm?” sualına verilən cavab həyatın gələcək istiqamətini dəyişdirə bilər. İnsanlar uzun müddət diqqətdən kənarda saxladıqları şəxsi ehtiyaclarını, sərhədlərini və istəklərini daha aydın görə bilərlər.
Sentyabrın sonlarında baş verəcək hadisələr yalnız həmin ayı deyil, bütün payız mövsümünü əhatə edən dəyişikliklərin başlanğıcı ola bilər.
May
May ayında doğulanlar üçün əsas dönüş nöqtəsinin oktyabrın 26-sı olacağı proqnozlaşdırılır.
Bu dövrdə uzun müddətdir təxirə salınan və ya gözardı edilən məsələlər yenidən gündəmə gələ bilər. Söhbət yüksək maaşlı, lakin insanı xoşbəxt etməyən işdən, kənardan ideal görünən, amma daxildə narazılıq yaradan münasibətlərdən və ya başqalarının qarşısında yaradılan süni obrazdan gedə bilər.
May ayında doğulan buğa və əkizlər bürclərinin öz daxili vəziyyətlərinə daha diqqətlə yanaşacağı bildirilir. Uzun müddətdir yığılan narazılıq və dəyişiklik ehtiyacı artıq görməzlikdən gəlinməyə bilər.
Astroloqların fikrincə, həmin şəxslər bəzi köhnə davranış və həyat modellərinin artıq onlara uyğun olmadığını qəbul edə bilərlər.
Payız dövrü başqalarında yaxşı təəssürat yaratmaq əvəzinə, insanın həqiqətən özünü xoşbəxt edən seçimlərə üstünlük verməsi üçün imkan yarada bilər.
Həmçinin indiyədək riskli hesab edilən yeni istiqamətləri sınamaq, iş və münasibətlərdə fərqli qərarlar qəbul etmək istəyi arta bilər.
Noyabr
Noyabr ayında doğulanlar üçün payız daha mürəkkəb keçə bilər. Lakin astroloji proqnozlara əsasən, məhz bu çətinliklər sonradan mühüm nəticələrə yol aça bilər.
Payızın son ayında retroqrad merkuri və veneranın təsirinin daha çox hiss olunacağı iddia edilir. Buna görə də noyabr yeni layihələrə başlamaq və sakit, əvvəlcədən proqnozlaşdırılan hadisələr gözləmək üçün ən rahat dövr hesab edilmir.
Əksinə, daxili gərginlik, narahatlıq və bəzi məsələlərə qarşı həssaslığın artması mümkündür.
Lakin yaranan narazılıq həmişə mənfi əlamət olmayacaq. Bu hisslər insanın artıq həyatında istəmədiyi şeyləri daha yaxşı müəyyən etməsinə kömək edə bilər.
Uzun müddətdir yükə çevrilən münasibət, iş və ya digər vəziyyətlərdən uzaqlaşmaq ehtiyacı yarana bilər.
Noyabr ayında doğulanlar üçün uğur asanlıqla əldə edilən fürsətlərdən daha çox, dəyişiklik vaxtının yetişdiyini düzgün görmək və köhnəni geridə qoymaq bacarığında özünü göstərə bilər.
Beləliklə, astroloqlar aprel, may və noyabr aylarında doğulanların 2026-cı ilin payızında həyatlarında mühüm qərarlar və dönüş nöqtələri ilə qarşılaşa biləcəyini proqnozlaşdırırlar.