Payız libasına bürünmüş Zəngilandan FOTOLAR AZƏRTAC

30.11.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Zəngilan, 29 noyabr, AZƏRTAC

Bir vaxtlar adından həsrətlə söz açdığımız, görüntülərini internet üzərindən axtardığımız doğma yurd yerimiz Zəngilan indi özünün yeni dövrünü – azadlığının sevincini yaşayır.

Zəngilanın təbiəti ilin hər fəslində gözəldir. Payızda isə bir başqa olur. Sarı-qırmızı rənglərin palitrası onun görünüşünü daha heyranedici edir. Yağış yağır, xəzan yelləri əsib göylərə ucalan palıdların qızılı yarpaqlarını yerə tökür, axan çayların, bulaqların şırıltısı sanki “payız romansı”nı zümzümə edir, təkrarsız payız lövhələri isə könül oxşayır.

AZƏRTAC-ın bölgə müxbiri Zəngilandan payız görüntülərini təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью