Payız niyə yaz kimi keçir?

22.10.2026

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlıq əkinlər üçün belə havalar çox arzuolunandır.

Mənzil təsərrüfatı üçün də belə hava əlverişlidir. Çünki havalar yağıntılı və soyuq keçəndə istilik sistemləri daha tez işə salınır, indiki halda isə hələ buna ehtiyac yoxdur. Lakin bəzi insanlar havanın belə isti keçməsindən narahatlıq keçirir. Anomal havanın hansısa fəsadlar törədə biləcəyindən ehtiyatlanırlar.

“Qafqazinfo”nun məlumatına görə, mövzu ilə bağlı “Bizim.media”ya danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, oktyabr ayında belə havanın müşahidə olunması Azərbaycan, xüsusilə də Bakı və Abşeron yarımadası üçün xarakterikdir.

“Adətən bu ayda cənubdan isti hava kütlələri daxil olur və payız havasına bir qədər istilik, mülayimlik qatır. Ona görə də gündüzlər hava bəzən çox isti olanda insanlar narahat olurlar ki, bu, iyun havasına bənzəyir. Əslində, payızın belə keçməsi çox gözəldir. Ona görə narahat olmağa dəyməz.

Axşamlar onsuz da soyuq olur, gecələr hava xeyli sərinləyir. Tarixə nəzər salsaq, oktyabr ayı əsasən isti keçir. Sadəcə, insanları narahat edən məsələ iqlim dəyişikliklərinin geniş təbliğ olunmasıdır. İqlim dəyişiklikləri Yer kürəsi yaranandan bəri baş verir. Ona görə də narahatlığa əsas yoxdur”, - o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью