Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
İtaliyanın məşhur dəb evi "Brunello Cucinelli" 2026 Payız-qış moda kolleksiyasını Özbəkistanın paytaxtı Daşkənddə yerləşən XIX əsrə aid tarixi Əbülqasım mədrəsəsində təqdim edib.
Kulis.az xəbər verir ki, əl işi xalçalarla bəzədilmiş həyətdə keçirilən nümayiş yerli musiqilər və şoularla müşayiət olunub.
Tədbirin təşkilatçıları "Glamour Avenue" brendi ilə birgə İtaliya dəb mədəniyyətini Özbəkistanın zəngin sənətkarlıq ənənələri ilə birləşdirməyi hədəflədiklərini bildiriblər.
Şirkətin vitse-prezidenti Karolina Kuçinelli Özbəkistanın keramikası, zərgərlik və toxuculuq sənətinə heyranlığını ifadə edərək, bu ənənələrin İtaliyadakı mərkəzləri olan Solomeo kəndi ilə böyük bənzərlik təşkil etdiyini vurğulayıb.
Rəşad Nağı Mustafa: "Müəllifin ölkədəki siyasi prosesi əsərinə gətirmək borcu yoxdur" - Müsahibə Dərisini soydular, amma susdura bilmədilər – İmadəddin Nəsiminin edamının arxasındakı gizli səbəblər Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında