Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Modnıy priqovor” verilişinin aparıcısı, stilist Aleksandr Roqov mövsümün ən dəbli rəngini açıqlayıb.
Bizim.Media xəbər verir ki, stilist bu barədə Telegram kanalında paylaşım edib.
Onun sözlərinə görə, “camel” (dəvə tükü rəngi) 2026-cı ilin payız-qış kolleksiyalarının ən aktual rənglərindən biridir.
Roqov bildirib ki, bej çalarları artıq yalnız payız üst geyimləri ilə məhdudlaşmır, qarderobun müxtəlif kateqoriyalarında öz yerini tutur. Bu rəngə kostyumlarda, trikotaj geyimlərdə, şalvarlarda, ətəklərdə və aksessuarlarda rast gəlmək mümkündür.
Stilist daha əvvəl payızın mübahisəli dəb trendlərindən biri olan “bedazzling” üslubunun necə tətbiq olunması barədə də danışıb. Bu trend çərçivəsində geyimlər, saçlar, dırnaqlar, bədən üzvləri, elektron cihazlar və hətta tortlar rəngli parıltılı daşlarla bəzədilir.
Roqov, həmçinin payız mövsümündə məxmər parçaya üstünlük verməyi tövsiyə edib. Onun fikrincə, bu material həm bahalı görünüş yaradır, həm də payız ab-havasına uyğun rahatlıq və istilik hissi verir.
Bizim.Media