Payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlandı Yeni Sabah

05.11.2024

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb.

Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzərə alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью